Kuleba: Ukrayna vaxtında döyüş sursatı alsaydı, Avdeyevkanı itirməzdi

Kuleba: Ukrayna vaxtında döyüş sursatı alsaydı, Avdeyevkanı itirməzdi
# 21 fevral 2024 00:22 (UTC +04:00)

Ukrayna hərbçiləri arasında silah çatışmazlığı ona gətirib çıxarıb ki, Ukrayna Silahlı Qüvvələri Avdeyevka şəhərindən geri çəkilməli olub və bu şəhər ruslar tərəfindən tutulub.

APA-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna müdafiəsi üçün lazım olan bütün artilleriya sursatını alsaydı, Avdeyevka şəhəri əldən çıxmazdı”, - Kuleba bildirib.

Kuleba qeyd edib ki, ukraynalıların indi öz həyatlarını qurban verməyə məcbur olmasının yeganə səbəbi “kiminsə hələ də qərarı müzakirə etməsidir”.

"Mən ABŞ-ın daxili siyasətinə hörmət edirəm və onlara qarışmayacağam, ancaq hər kəsin bir yerdə hər mübahisənin başqa yerdə başqa bir ölüm doğurduğunu xatırlamasını istəyirəm" – diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR