Luvr muzeyinə giriş bahalaşır

Luvr muzeyinə giriş bahalaşır
# 09 dekabr 2023 04:03 (UTC +04:00)

Yanvarın 15-dən etibarən Parisdəki Luvr muzeyinə giriş biletinin qiyməti 15 avrodan 22 avroya qaldırılacaq.

APA “Figaro”ya istinadla xəbər verir ki, bu, 2017-ci ildən sonra ilk qiymət artımıdır. Muzey 29%-lik qiymət artımını 6 illik inflyasiya ilə əsaslandırıb.

86 min kvadrat metr baxış sahəsi olan Luvr dünyanın ən çox ziyarət olun muzeyi hesab edilir. 2022-ci ildə 7,2 milyon ziyarətçi muzeyə 76,5 milyon avro pul ödəyib. Fransa vətəndaşlarının əksər kateqoriyaları üçün muzey pulsuzdur.

Gələn il muzeyə 8,7 milyon ziyarətçinin gələcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR