Makron: Üçüncü prezidentlik müddəti haqqında zamanı gələndə nəsə deyə bilərəm

Fransa Prezidenti Emmanuel Makron

© APA | Fransa Prezidenti Emmanuel Makron

# 14 may 2025 02:44 (UTC +04:00)

“Üçüncü prezidentlik müddəti haqqında zamanı gələndə nəsə deyə bilərəm”.

APA xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron TF1 kanalına müsahibəsində deyib.

O, 2027-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonrakı siyasi fəaliyyəti ilə bağlı hələ ki, bir şey düşünmədiyini bildirib.

Qeyd edək ki, Fransa Konstitusiyası Makronun 2027-ci il prezident seçkilərində namizədliyini ardıcıl üçüncü dəfə irəli sürməsinə icazə vermir.

Bununla belə, o, 2032-ci ildə prezident seçkilərində iştirak edə bilər.

2032-ci ildə seçkilərdə iştirakla bağlı suala da Makron konkret cavab verməyib.

“Hazırkı mandatım bitəndən sonra nə edəcəyim barədə düşünəcəyəm. Ancaq mandat müddətim başa çatandan sonra bu barədə suala cavab verə bilərəm. Üçüncü prezidentlik müddəti haqqında hələ ki, düşünməmişəm. Bu barədə zamanı gələndə nəsə deyə bilərəm”, - deyə Makron vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR