Makron Ukraynaya uzaqmənzilli silahların tədarükü üçün koalisiya yaradıldığını açıqlayıb

Makron Ukraynaya uzaqmənzilli silahların tədarükü üçün koalisiya yaradıldığını açıqlayıb
# 27 fevral 2024 02:48 (UTC +04:00)

Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

APA-nın məlumatına görə, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən Ukraynaya dəstək konfransı başa çatdıqdan sonra deyib.
Makron Yelisey sarayının X (keçmiş Twitter) səhifəsində yayımlanan mətbuat konfransı zamanı deyib: "Biz orta və uzun mənzilli raketlər və bombalar tədarük edəcək doqquzuncu koalisiya yaradırıq".

Fransa lideri xatırladıb ki, əvvəllər müəyyən növ sursatların tədarükünə həsr olunmuş səkkiz koalisiya yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR