İyulun 16-da Fransa prezidenti Emmanuel Makron Baş nazir Qabriel Attalın istefasını qəbul edəcək.
APA-nın məlumatına görə, bu barədə “France Bleu” radiosu xəbər yayıb.
Nəşr ölkədə keçirilən Parlament seçkisinin ikinci turundan sonra E. Makronun sabitliyin təmin olunması məqsədilə hökumət başçısından bir müddət vəzifəsinin icrasını davam etdirməyi istədiyini xatırladıb.