Makronun impiçmenti üçün ilkin addım atılıb

Fransa prezidenti Emmanuel Makron

© APA | Fransa prezidenti Emmanuel Makron

# 17 sentyabr 2024 14:57 (UTC +04:00)

Fransanın Milli Assambleyasının Bürosu prezident Emmanuel Makronun impiçmenti barədə qətnamənin lehinə səs verib.

APA-nın BFM TV-yə istinadən xəbərinə görə, sənədin lehinə 12 büro üzvü səs verib.

Bununla da “Yenilməz Fransa” partiyasının təşəbbüskarı olduğu layihə büronun ilkin səsverməsindən keçmiş hesab olunub.

Sözü gedən prosedurdan sonra qətnamə layihəsi Hüquq Komitəsinə tqdim olunacaq. Bu prosesin ardından həmin sənəd 15 gün ərzində Fransa Milli Assambleyasının gündəliyinə çıxarılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR