NATO İranın İsrailə hücumuna münasibət bildirib

NATO İranın İsrailə hücumuna münasibət bildirib
# 14 aprel 2024 13:59 (UTC +04:00)

İranın İsrailə hücumunu qətiyyətlə pisləyir və tərəfləri təmkinli olmağa çağırırıq.

APA-nın məlumatına görə, bunu NATO-nun rəsmi nümayəndəsi Fərəh Dəhlallah deyib.

"Biz ötən gecə baş verənləri kəskin şəkildə pisləyir və tərəfləri təmkinli olmağa çağırırıq. Hadisələrin gedişatını mütəmadi olaraq izləməkdəyik. Yaxın Şərqdəki mövcud münaqişənin nəzarətdən çıxmaması indiki halda son dərəcə vacibdir", - deyə NATO rəsmisi bildirib.

Qeyd edək ki, ötən gecə İran Silahlı Qüvvələri İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 “Yer-Yer” tipli raket ilə hücum edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR