Nazir: Kursk sakinlərinin Ukraynaya təxliyəsi üçün dəhliz yaradıla bilər

Ukraynanın baş nazirinin müavini İrina Vereşuk

© APA | Ukraynanın baş nazirinin müavini İrina Vereşuk

# 15 avqust 2024 16:39 (UTC +04:00)

Kursk sakini olan mülki vətəndaşların Ukraynanın Sumı vilayətinə təxliyəsi üçün humanitar dəhlizin yaradılması nəzərdən keçirilir.

APA-nın “nv.ua” portalına istinadən xəbərinə görə, bunu Ukraynanın baş nazirinin müavini, müvəqqəti işğal olunan ərazilərin reinteqrasiyası naziri İrina Vereşuk deyib.

O bildirib ki, Rusiya tərəfi müraciət etdiyi təqdirdə bu qəbildən olan şəxslərin bu ölkəyə göndərilməsi də gündəmdədir.

Ukrayna hökumətinin nümayəndəsi əlavə edib ki, hələlik rəsmi Moskva bununla bağlı sorğu göndərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR