Niderland Ukraynaya hərbi yardım çərçivəsində F-16 döyüş təyyarələrinin ilk partiyasını gələn il göndərəcək.
APA xəbər verir ki, bu barədə Niderland Krallığının müdafiə naziri Kaysa Ollonqren “X” platformasında yazıb.
Nazir qeyd edib ki, Norveç və Danimarka da F-16 təyyarələrini Ukraynaya gələn il göndərəcək.
Olloqren həmçinin əlavə edib ki, təyyarələrin tədarük edilməsi vaxtı ukraynalı pilotların təlimlərdə iştirakının başa çatacağı zamandan asılıdır və nazir hesab edir ki, təlimlər təxminən 6-8 ay çəkəcək.