Norveçdə batan balıqçı gəmisində üç Rusiya vətəndaşı ölüb

Norveçdə batan balıqçı gəmisində üç Rusiya vətəndaşı ölüb
# 24 iyul 2024 13:52 (UTC +04:00)

Norveçə aid “Argos Georgia” balıqçı gəmisinin Folklend adaları yaxınlığında qəzaya düşməsi nəticəsində ölənlərdən üçü Rusiya vətəndaşıdır.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

O əlavə edib ki, göyərtədə olan 27 nəfərdən səkkizi Rusiya vətəndaşı olub. Onlardan 4-ü sağdır, biri isə itkin düşüb.

Batan gəmidən 14 nəfər xilas edilib, heyət üzvlərinin şəxsiyyəti tam olaraq müəyyənləşdirilib. Onların 10 nəfəri İspaniya, beşi İndoneziya, ikisi Uruqvay, digər ikisi isə Peru vətəndaşları olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR