Peter Siyyarto Makronun Ukraynaya dair təklifini tənqid edib

Peter Siyyarto Makronun Ukraynaya dair təklifini tənqid edib
# 04 mart 2024 05:15 (UTC +04:00)

Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyyarto “Kossuth” radiostansiyasının proqramında çıxışı zamanı Fransa Prezidentinin Ukraynaya hərbçilərin göndərilməsinin mümkünlüyü barədə bəyanatını tənqid edib.

“Öz qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü müzakirə edən qərbli siyasətçilər NATO ölkələrinin ümumi qərarını pozur”, - deyə Siyyarto vurğulayıb.

APA xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi zonasına qərb qoşunlarının göndərilməsi barədə mülahizələrini şərh edən XİN başçısı bu ssenarinin Üçüncü Dünya müharibəsi təhlükəsi yaratdığını qeyd edib.

“Əvvəlcə Qərbi Avropa Ukraynaya yalnız kaskalar göndərirdi, sonra döyüş sursatı, atıcı silahlar, raketlər, indi isə bəzi qərbli siyasətçilər artıq quru qoşunlarının göndərilməsindən danışırlar”, - deyə diplomat bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR