Polşa Ukrayna ilə sərhəddə bağlanan keçid məntəqəsini yenidən açıb

Polşa Ukrayna ilə sərhəddə bağlanan keçid məntəqəsini yenidən açıb
# 29 noyabr 2023 01:56 (UTC +04:00)

Polşa Ukrayna ilə sərhəddəki Uqrinov-Dolqobiçev keçid məntəqəsindən yük maşınlarının keçidini bərpa edib.

APA-nın məlumatına görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti öz Telegram kanalında məlumat yayıb.

“Saat 18:30-a olan məlumata görə, Uqrinov-Dolqobiçev keçid məntəqəsində elektrik enerjisinin verilişi bərpa olunub. Avtobusların və yükdaşıyan avtonəqliyyat vasitələrinin keçidi adi qaydada həyata keçirilir”, - deyə idarədən bildirilib.

Bundan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti məlumat vermişdi ki, Polşa sərhədçiləri bir sutka ərzində Uqrinov-Dolqobiçev keçid məntəqəsindən yük maşınlarının keçidini dayandırıblar. Səbəblər təmir işləri və keçid məntəqəsinin Polşa tərəfində elektrik enerjisinin kəsilməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR