Polşada adam qaçırmaqda şübhəli bilinən 3 Gürcüstan vətəndaşı saxlanılıb

Polşada adam qaçırmaqda şübhəli bilinən 3 Gürcüstan vətəndaşı saxlanılıb
# 06 dekabr 2023 11:17 (UTC +04:00)

Polşada adam qaçırmaqda şübhəli bilinən 3 Gürcüstan vətəndaşı həbs edilib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Polşa polisi məlumat yayıb. Bildirilib ki, sözügedən şəxslər Gürcüstan vətəndaşı olan 19 yaşlı qızı yaşadığı evdən zorla qaçıraraq azadlıqdan qanunsuz məhrum ediblər.

Cinayətlə bağlı polisə qızın 43 yaşlı anası məlumat verib. Məlumata görə, kriminal polis departamenti dərhal həmin şəxslərin və onların istifadə etdikləri avtomobilin müəyyənləşdirilməsinə başlayıb.

Qeyd olunub ki, cinayətdən 5 saat sonra polis gənc qızı yaşadığı Skernevitse şəhərindən 180 kilometr aralıda tapıb. Onun tibbi yardıma ehtiyacı olmadığı, lakin yaşadığı hadisədən dəhşətə düşdüyü bildirilib. Faktla əlaqədar qızı qaçıran 38, 37 və 33 yaşlı şəxslər saxlanılıb və barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib. İş üzrə 5 ilədək həbs cəzasının nəzərdə tutulduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR