Polşada Rusiya və Belarusla bağlı xüsusi komissiya yaradılıb

Polşanın Baş naziri Donald Tusk

© APA | Polşanın Baş naziri Donald Tusk

# 21 may 2024 17:57 (UTC +04:00)

Polşada Rusiya və Belarusun ölkənin daxili işlərinə müdaxiləsi və təhlükəsizliyinə yaratdığı təhdidlərin müəyyən edilməsi üçün dövlət komissiyası yaradılıb.

APA-nın “Wyborcza” qəzetinə istinadən xəbərinə görə, bunu ölkənin Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.

O deyib ki, 2004-2024-cü illəri əhatə edən dövrü araşdıracaq işçi qrupuna, həmçinin rəsmi Moskvanın və Minskin Polşada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsirlərini də tədqiq etmək tapşırılıb.

Tuskun sözlərinə görə, komissiyada ölkənin güc strukturlarının rəhbərləri təmsil olunacaq. Onun fəaliyyətinə isə şəxsən hökumət rəhbərinin özü nəzarət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR