Moldova müxalifətinin “Qələbə” blokunun fəalları Kişinyovda məhkəmə binası qarşısında etiraz aksiyası keçirərək Orxey şəhərindən keçən həftə saxlanılan 4 qızın azadlığa buraxılmasını tələb ediblər.
APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İttiham tərəfi saxlanılan aksiyaçılar üçün 30 sutka həbs tələb edir. Baxmayaraq ki, onlar qanunu pozmayıblar. Etirazçılar yalnız ölkəni yoxsulluğa və xarabalığa aparan prezident Maia Sanduya və onun hakim Fəaliyyət və Həmrəylik Partiyasına qarşı çıxıblar” - bunu deputat Marina Tauber deyib.