Qrossi yenidən İranı AEBA ilə əməkdaşlığa çağırıb

Qrossi yenidən İranı AEBA ilə əməkdaşlığa çağırıb
# 04 mart 2024 15:34 (UTC +04:00)

İran 4 mart 2023-cü il tarixli birgə bəyanatın icrasını dayandırıb.

APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (ABEA) Baş direktoru Rafael Qrossi deyib.

“Mən İranın Birgə Bəyanatın icrasını birtərəfli qaydada dayandırmasından ciddi narahatam və bu, İranın razılaşdığımız məsələlərə sadiq qalmasına şübhələr yaradır”, - Baş direktor bildirib.

Qrossi bir daha İranı AEBA ilə tam və birmənalı əməkdaşlığa çağırıb.

AEBA-nın baş direktoru vurğulayıb ki, 60%-ə qədər zənginləşdirilmiş uranın səviyyəsində azalma qeydə alınsa da ümumilikdə bu ehtiyatda artma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR