Roma Papası müharibələri dayandırmağa çağırıb

XIV Leo, Roma Papası

© APA | XIV Leo, Roma Papası

# 22 iyun 2025 16:50 (UTC +04:00)

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narahatlığını ifadə edərək dünya liderlərini məsuliyyətə və müharibələri dayandırmağa çağırıb.

APA-nın xəbərinə görə, Roma Papası Müqəddəs Pyotr meydanında dindarlara müraciətində bildirib ki, Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir, bu dramatik ssenariyə İsrail və Fələstin də daxildir.

XIV Leo qeyd edib ki, müharibələrdən ən çox əziyyət çəkən mülki əhalidir, xüsusən Qəzza və digər ərazilərdə humanitar yardıma ciddi ehtiyac var: "Hər bir lider mənəvi məsuliyyət daşıyır, müharibə fəlakətinə son qoymaq lazımdır. Müharibə problemləri həll etmir, əksinə, xalqların tarixində sağalmaz yaralar açır. Diplomatiya silahdan üstün tutulmalıdır. Gələcək yalnız sülh vasitəsilə qurula bilər”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR