Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb

Rumıniyada "HIMARS" sistemləri üçün xidmət mərkəzi açılıb
# 30 may 2024 21:53 (UTC +04:00)

Rumıniyanın Bakeu şəhərindəki “Aerostar” təyyarə zavodunda “HIMARS” raket sistemləri üçün milli xidmət mərkəzi açılıb.

APA xəbər ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Lockheed Martin” və “Aerostar” arasında əməkdaşlığın nəticəsi olan Bakeu mərkəzi Rumıniyanın ABŞ hökumətindən aldığı “HIMARS” sistemlərinə texniki xidmət göstərəcək”, - məlumatda deyilir.

Açılış mərasimində iştirak edən ölkənin müdafiə naziri Ancel Tılvar bildirib ki, belə bir mərkəzin Rumıniyada yerləşdirilməsi ölkə üçün strateji üstünlükdür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR