Rusiyanın Müdafiə Nazirliyindəki korrupsiya faktları üzrə sözü gedən qurumun İnnovativ İnkişaf Baş İdarəsinin rəis müavini, general-mayor Vladimir Şesterov həbs olunub.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə qərar 235-ci Qarnizonun Məhkəməsi qərar çıxarıb.
Dövlət əmlakının və büdcə vəsaitlərinin talanmasında ittiham olunan keçmiş məmur barədə ev həbsi qaydasında qətimkan tədbiri seçilib.