Rusiyanın Federal Təhlükəsizlik Xidməti siyasi ekspert Fyodor Kraşeninnikov barəsində axtarış elan edib.
APA-nın TASS-a istinadən xəbərinə görə, bu barədə məlumatı xidmətin Mətbuat Mərkəzi yayıb.
Bununla belə, onun ittiham olunduğu maddələr açıqlanmayıb.
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Rusiyanın Ədliyyə Nazirliyi onu “xarici agent” elan edib. O zaman mətbuata açıqlama verən F. Kraşeninnikov deyib ki, ona “Xarici agentlər haqqında qanun”un tələblərini pozmaq epizodu üzrə ittiham verilib.