Rütte: Rusiya-Ukrayna münaqişəsində sülh üçün real imkan pəncərəsi açılıb

NATO-nun baş katibi Mark Rütte

© APA | NATO-nun baş katibi Mark Rütte

# 13 may 2025 20:11 (UTC +04:00)

NATO-nun baş katibi Mark Rütte Ukrayna münaqişəsində “sülhə doğru irəliləyiş üçün real imkan pəncərəsinin” yarandığını bəyan edib.

APA xəbər verir ki, bu barədə o, “X” hesabında paylaşım edib.

Rütte bildirib ki, NATO sammitinə hazırlıq çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib.

“Türkiyə NATO-nun etibarlı və güclü müttəfiqidir. Görüş zamanı, həmçinin, Ukraynadakı vəziyyəti müzakirə etdik. Orada sülhə doğru irəliləyiş üçün real bir imkan pəncərəsi açılıb”, – deyə NATO baş katibi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR