Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını (Aİ) Gürcüstana namizəd statusu verməməklə bağlı səhvini bir daha təkrarlamamağa çağırıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, spiker Aİ-nin Gürcüstana namizəd statusu verməsinin kiçik addım kimi görülə biləcəyini, lakin bunun Gürcüstan üçün böyük önəm daşıdığını vurğulayıb.
“Biz izah etməliyik ki, Aİ-nin ötən il etdiyi səhvi təkrarlanmamalıdır”, - spiker deyib.
Papuaşvili Aİ-nin üzv ölkələrini öz məsuliyyətlərinin ağırlığını dərk etməyə və Gürcüstanla bağlı müsbət qərar qəbul etməyə çağırıb.