Şarl Mişel İsrail və HAMAS arasında müvəqqəti atəşkəsin uzadılmasını alqışlayıb

Aİ Şurasının Prezidenti Şarl Mişel

© APA | Aİ Şurasının Prezidenti Şarl Mişel

# 28 noyabr 2023 12:16 (UTC +04:00)

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İsrail və HAMAS arasında müvəqqəti atəşkəsin uzadılmasını alqışlayıb.

APA xəbər verir ki, bununla bağlı Aİ Şurasının Prezidenti "X" hesabında bildirib.

"İsrail və HAMAS arasında hərbi əməliyyatlardakı fasilənin 2 günlük uzadılması müsbət haldır. Aİ iştirak edən tərəfdaşlara, xüsusilə ABŞ, Misir və Qətərə mühüm səylərinə görə təşəkkür edir. Mülkilərin həyatını qorumaq üçün hər şey edilməlidir - həmişə və hər yerdə", - Mişel bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR