Siyarto: NATO sammitinin yekun sənədi Rusiya ilə qarşıdurma niyyəti daşımır

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

© APA | Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto

# 25 iyun 2025 03:24 (UTC +04:00)

Haaqada keçirilən NATO sammitinin yekun sənədi Rusiyaya qarşı keçən il Vaşinqtonda qəbul olunmuş bəyanat qədər qarşıdurma xarakteri daşımayacaq.

APA xəbər verir ki, bu barədə Niderlandda Baş nazir Viktor Orbanla birgə sammitdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

“Sammitin yekun sənədinə gəldikdə isə, mən bunu müsbət hal kimi qiymətləndirirəm ki, bu sənəd keçən il Vaşinqtonda qəbul olunan yekun bəyanatdan tamamilə fərqlidir”, – deyə Siyarto Haaqada macar jurnalistlərlə görüşündə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR