Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - FOTO  - VİDEO  - YENİLƏNİB-1
# 15 may 2024 18:53 (UTC +04:00)

Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsdə cəhd edən şəxsin kimliyi məlum olub.

APA xəbər verir ki, Slovakiya mediası həmin şəxsin məşhur slovakiyalı yazıçı Yuray Çintula olduğunu bildirir.

71 yaşlı yazıçının müxalif “Proqressiv Slovakiya” partiyasının tərəfdarlarından olduğu qeyd edilib.

***

18:03

Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.

APA xəbər verir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.

Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.

Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.

***

17:37

Slovakiya Baş naziri Robert Fitso sui-qəsd nəticəsində döş qəfəsi və qarın nahiyəsindən üç güllə yarası alıb.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Baş nazirin vəziyyətinin ağır olduğu bildirilir.

***

17:08

Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.

APA xəbər verir ki, bu barədə Slovakiya mediası məlumat yayıb.

Hadisə Handlovej şəhərində baş verib.

İlkin məlumatlara görə, Baş nazir Robert Fitso yaralanıb, o, xəstəxanaya aparılır.

Hadisəni törədən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR