Slovakiyada bomba qoyulması ilə bağlı məlumatlar fonunda məhkəmə binalarında axtarışlar başlayıb

Slovakiyada bomba qoyulması ilə bağlı məlumatlar fonunda məhkəmə binalarında axtarışlar başlayıb
# 13 avqust 2024 21:21 (UTC +04:00)

Slovakiyada polis əməkdaşları məhkəmələrə bomba qoyulması ilə bağlı anonim məlumatlardan sonra binalara baxış keçirməyə başlayıblar.

APA xəbər verik ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

“Hazırda polis bütün Slovakiyada partlayıcı qurğuların qoyulması təhlükəsi ilə əlaqədar məhkəmə binalarını yoxlayır”, - məlumatda deyilir.

Bratislava vilayətinin polis idarəsinin sözçüsü Silvia Şimkova da təsdiqləyib ki, bomba təhlükəsi ilə əlaqədar paytaxt regionunda məhkəmə binalarına baxış keçirilir. Digər təfərrüatlar açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR