Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbə endirib

Türkiyə Ordusu İraqın şimalında terrorçuların hədəflərinə aviazərbə endirib
# 02 oktyabr 2023 04:06 (UTC +04:00)

İraqın şimalında terrorçuların hədəflərinə aviazərbələr endirilib.

APA Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, terrorçuların İraqın şimalındakı Metina, Hakurk, Qəndil və Qara bölgələrindəki hədəflərinə qarşı hava hücumları həyata keçirilib. Nəticədə içərisində xeyli terrorçuların yer aldığı mağara, sığınacaq, depolar olmaqla, ümumilikdə 20 hədəf məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR