Türkiyəli nazir: Hörmüz boğazının bağlaması ilə bağlı mümkün ssenariləri nəzərdən keçiririk

Türkiyəli nazir: Hörmüz boğazının bağlaması  ilə bağlı mümkün ssenariləri nəzərdən keçiririk
# 23 iyun 2025 11:19 (UTC +04:00)

“İqtisadiyyatımızın şoklara qarşı dözümlülüyünü artırmışıq”.

APA xəbər verir ki, bunu Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək deyib.

O, cəmiyyəti İranın Hörmüz boğazını bağlaması ehtimalından qaynaqlanan və Türkiyə iqtisadiyyatının zərbə alacağı ilə bağlı spekulyasiyalara inanmamağa çağırıb.

“Artan geosiyasi gərginlikləri iqtisadiyyatımıza təsirlərini hər tərəfli təhlil edirik və ehtimal olunan ssenariləri nəzərdən keçiririk. İqtisadiyyatımızın şoklara qarşı immunitetini əhəmiyyətli dərəcədə artırmışıq. İnflyasiya ilə mübarizədə qətiyyətliyik və lazım olan bütün addımları atacağıq”- nazir vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR