Polşanın Baş naziri Donald Tusk “Şimal axını” kəmərlərində baş verən partlayışlara görə iki ölkə arasında yaranan narazılıqlar səbəbindən Almaniyaya səfərini ləğv edib.
APA-nın məlumatına görə, bu barədə “Euroactiv” portalı xəbər yayıb.
Tuskun yerinə Almaniyaya ədliyyə naziri Adam Bondarın gedəcəyi açıqlanıb.
Almaniya hökuməti sözügedən hadisəni törədən şəxsin məhz Polşa hökumətinin köməyi ilə Ukraynaya qaçdığını bildirib.
Qeyd edək ki, Tusk bu həftənin sonunda Almaniyaya getməyi planlaşdırırdı.