Ukraynanın bir çox bölgəsi PUA hücumuna məruz qalıb, Jitomir, Kiyev, Çerkassı, Kirovoqrad, Nikolayev, Odessa, Xerson, Zaporojye, Donetsk, Dnepropetrovsk, Xarkov, Poltava, Sumi və Çerniqov vilayətlərində, eləcə də Kiyevdə həyəcan təbili çalınıb.
APA xəbər verir ki, Ukrayna ordusunun Hava Hücumundan Müdafiə qüvvələri aktiv şəkildə PUA hücumuna qarşı mübarizə aparır.
Kiyev meri Vitali Kliçko Darnitski rayonunda iki yerdə yanğınların olduğunu bildirib. Solomenski rayonunda da yanğın var, həkimlər hadisə yerindədir.
O həmçinin xalqa səslənərək şəhərin PUA hücumuna məruz qaldığını bildirib və onları sığınacaqlarda qalmağa çağırıb.
Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb. Bəzi bölgələrdə dağıntıların olduğu, yanğın baş verdiyi qeyd olunur.
Kliçko paytaxtda 11 nəfərin yaralandığını, onların hamısının Solomenski rayonunda olduğunu, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini, qalanlarına isə yerindəcə yardım göstərildiyini deyib.