Ötən gecə Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb, 60-dan çox yaralı var.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko Telegram-da paylaşım edib.
Ölənlərin arasında Jitomirdə yaşayan bir ailənin 3 uşağı da var. Validenlər xəstəxanaya yerləşdirilib, ananın durumu ağırdır.
***
saat 12.02
Ötən gecə Rusiya Ordusu Ukaynaya 367 raket və pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna Hərbi Hava Qüvvələri 46 qanadlı raket və 266 PUA-nı vurub.
Rusiya Ordusunun zərbələri nəticəsində aralarında uşaqlar da olmaqla, Kiyev, Nikolayev və Xmelnitsk vilayətlərində 10-dan çox ölən, 30-dan çox yaralı var.
***
saat 09.07
Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində ölənlər var.
APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, Kiyev vilayətinə raket və PUA zərbələri nəticəsində 3 nəfər ölüb.
Nikolayev vilayətində 1 nəfər, Xmelnits vilayətində isə 4 nəfər ölüb.
***
saat 05.25
Kiyevdə PUA hücumları nəticəsində 10 nəfər yaralanıb.
APA xəbər verir ki, bu haqda şəhərin meri Vitali Kliçko məlumat verib.
"Onlardan ikisi həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. 6 nəfərə yerindəcə yardım göstərilib. İkisi isə Şevçenkivski rayonunda müayinə olunur", - o yazıb.
Nikolayev vilayətində isə iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunu Nikolayev meri Vitali Kim deyib.
Xarkovun Şevçenkivski rayonunda yaralıların sayı üç nəfərə çatıb. Xarkovda bir neçə yaşayış binasının şüşələri zədələnib. Şəhər meri İqor Terekovun sözlərinə görə, bir uşaq şüşə sınması nəticəsində xəsarət alıb və ona tibbi yardım göstərilib.
***
03:18
Rusiya ordusu PUA-larla Ukraynanın bir neçə şəhərinə hücum edib, bir çox bölgədə və Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işləyir.
APA UNİAN-a istinadən xəbər verir ki, Kiyevdə vurulmuş PUA hissələri çoxmərtəbəli binanın üzərinə düşüb və nəticədə binanın həmin hissəsinin qismən dağılması qeydə alınıb.
PUA-nın düşdüyü yerdə həmçinin yanğın baş verdiyi, hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.
Bundan əlavə, Nikolaevskiy vilayətində də partlayışlar qeydə alınıb.
Xarkovda da partlayış səsləri eşidilib. Şəhərin meri İqor Terexov bildirib ki, PUA düşən yerlərin birində yanğın baş verib.