Avropa İttifaqı ilə Ukrayna arasında sözü gedən quruma üzvlüklə bağlı danışıqlar iyunun 25-dən etibarən başlayacaq.
APA-nın xəbərinə görə, bu barədə “Politico”ya prosesin gedişatından xəbərdar olan diplomatlar məlumat verib.
Bildirilib ki, eyni tarixdə Moldovanın da Avrozonaya daxil olmasını nəzərdə tutan müzakirələrə start veriləcək.
Qeyd edək ki, Aİ ölkələrinin liderləri 29-30 iyun tarixlərində Brüsseldə toplaşacaq.