Kurskdakı vəziyyət fonunda Rusiya bir neçə dəfə bizə girovların mübadiləsi ilə bağlı təklif göndərib.
APA-nın “UNİAN”a istinadən xəbərinə görə, bunu Ukraynanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets deyib.
O əlavə edib ki, qarşı tərəfdən olan həmkarı ilə bu istiqamətdə təmaslar davam edir. D.Lubinetsin sözlərinə görə, rusiyalı girovların hüquqları tam olaraq qorunur: "Onların hüquqlarının təmin olunduğu məsələsi Beynəlxalq Qızıl Aypara Cəmiyyəti və BMT-nin də diqqətinə çatdırılıb. Biz Cenevrə Konvensiyasına uyğun olaraq istənilən vaxt girovların mübadiləsi prosesini davam etdirməyə hazırıq".