Ukraynanın müdafiə naziri Rustem Umerov ABŞ-dan olan həmkarı Lloyd Ostini Ukrayna-Rusiya cəbhəsindəki vəziyyətlə bağlı məlumatlandırıb.
APA xəbər verir ki, bu barədə R. Umerovun özü “Teleqram” kanalında yazıb. Nazir bildirib ki, L. Ostinə ordunun ehtiyacları barədə də geniş informasiya verib:
“Həm ABŞ hökumətinə, həm də xalqına Rusiyanın hücumu başladığı zamandan ölkəmizə göstərilən dəstəyə görə təşəkkür edirəm. Tərəfdaşlarımızla birlikdə ölkəmizdə və Avropada sabitliyin təmin olunması uğrunda mübarizə davam edir”.