Bank Of Baku

“Charlie Hebdo”ya yeni baş redaktor təyin edilib

“Charlie Hebdo”ya yeni baş redaktor təyin edilib
# 20 yanvar 2015 11:46 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Fransanın satirik jurnalı “Charlie Hebdo”nun yeni baş redaktoru terror aktı zamanı xəsarət almış əməkdaşı təyin edilib.

 

APA-nın məlumatına görə, Loran Surisso adlı bu karikaturaçı “Riss” ləqəbi ilə məşhurdur. Yanvarın 7-də jurnalın redaksiyasına edilmiş terror hücumu zamanı rəssam sağ çiynindən yaralanıb. Onun yanvarın 20-də xəstəxanadan buraxılması planlaşdırılır.

 

Xatırladaq ki, “Charlie Hebdo”nun keçmiş rəhbəri də terror hücumu zamanı ölənlər sırasındadır.

 

İki nəfərin jurnalın ofisinə hücumu zamanı orda olan bütün əməkdaşlara atəş açılıb. Onlardan 12-si ölüb. Cinayətdə təqsirli bilinən şəxslər isə yalnız 2 gün sonra aşkar edilib və onlar Paris yaxınlığındakı xüsusi əməliyyat zamanı məhv ediliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR