Bank Of Baku

“Francetvinfo” portalı ASALA-nın türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktlarından yazıb

“Francetvinfo” portalı ASALA-nın türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktlarından yazıb
# 28 yanvar 2015 14:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyəyə qarşı daim düşmənçilik münasibəti bəsləyən ermənilərin ASALA təşkilatı keçən əsrdə türk diplomatlarına və vətəndaşlarına qarşı silsilə terror aktları həyata keçirib. Bu terror aktları zamanı onlarla insan qətlə yetirilib”. APA-nın məlumatına görə, bu barədə “francetvinfo” internet portalında dərc olunan “Charlie Hebdo: son 50 ildə törədilən ən pis terror aktı” adlı məqalədə qeyd olunub.

 

Məqalə ölkədə ayrı-ayrı vaxtlarda müxtəlif terror təşkilatları, o cümlədən ermənilər tərəfindən törədilən terrordan bəhs edir: “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusunun (ASALA) 1983-cü il iyul ayının 15-də Parisin Orli beynəlxalq hava limanında “Türk Hava Yolları” şirkətinə məxsus bölmədə törətdiyi terror aktı zamanı 8 nəfər həlak olub, 54 nəfər yaralanıb. Terror törədən üç erməni yalnız 1985-ci ildə həbs olunub və onlar  10-15 illik azadlıqdan məhrum ediliblər”.

 

Yazıda 1986-cı ildə Parisin Renn küçəsində, Defans ticarət mərkəzində, Lafayet univermağında, şəhərlərarası qatarların Sen-Mişel və Port-Royal dayanacaqlarında və digər yerlərdə müxtəlif illərdə törədilən terror aktlarının onlarla insanın qətlə yetirilməsi və yüzlərlə fransız vətəndaşının yaralanması ilə nəticələndiyi barədə məlumat yer alıb.

 

Fransanın keçən əsrin 60-cı illərindən terror aktları ilə üzləşdiyi xatırladılan məqalədə 1961-ci ildə Paris-Strasburq qatarında baş verən terror aktında 27 sərnişinin həlak olduğu bildirilib. 1973-cü ildə Londonda iki terror aktı törədən “Karlos“ ləqəbli Ramires Sançesin 1975-ci ildə Fransada 66 nəfəri girov götürdüyü, sonradan girovları azad edərək təyyarədə Əlcəzairə qaçdığı məqalədə öz əksini tapıb. 1980-ci ildə Parisin Kopernik küçəsindəki sinaqoq qarşısında partladılan bombanın 7 nəfərin həyatla vidalaşmasına və 20 nəfərin yaralanmasına səbəb olduğu, 1982-ci ildə  Paris-Tuluz qatarında baş verən terror aktı zamanı 300 nəfərin yaralandığı qeyd olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR