Bakı. Zümrüd Paşayeva - APA. “Qərb sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatını zəiflətmək məqsədi güdmür”.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın xarici işlər naziri Fran-Valter Ştaynmayer mətbuat konfransında deyib.
“Qərb sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatına mənfi təsir göstəməyə can atırmı?” sualına cavab olaraq “Mənim cavabım dəqiqdir: - Yox. Sanksiyalar belə bir məqsəd daşımayıb və gələcəkdə də sanksiyalar üçün səbəb olmamalıdır” - o qeyd edib.