Bank Of Baku

Şotlandiyada müstəqillik haqqında referendum keçirilir

 Şotlandiyada müstəqillik haqqında referendum keçirilir
# 18 sentyabr 2014 10:33 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Bu gün Şotlandiyada 4 milyondan çox seçicinin qatılacağı müstəqillik haqqında referendum keçirilir.

 

APA - nın “Sky News” istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 10:00-dan başlayan ümumxalq səsverməsi axşam 22:00-dək davam edəcək.

 

Ekspertlərin rəyinə görə, referendumun nəticələri istənilən halda Böyük Britaniyanın taleyinə təsir edəcək. Əgər şotlandiyalılar müstəqilliyə “hə” desələr,  Böyük Britaniya ilə 200 illik ittifaqa son qoyulacaq. “Yox” cavabının çoxluq təşkil edəcəyi halda isə Böyük Britaniyanı böyük dəyişikliklər gözləyir.

 

Səsvermənin bütün regionlarda yüksək səviyyədə baş tutması üçün helikopterlər və qayıqlar ayrılıb. Səsvermədə yaş həddi 18-dən 16-ya endirilib. Seçicilərin 20 faizi poçt vasitəsi ilə səs verməyi üstün tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR