AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi dəyişir

AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi dəyişir
# 13 iyun 2014 10:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Səfir Herbert Salberin namizədliyi Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə növbəti xüsusi nümayəndəsi vəzifəsinə irəli sürülüb.

 

APA-nın Avropa Birliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, bu təklif AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton tərəfindən irəli sürülüb və bütün üzv ölkələrin təsdiqini alıb.

 

Rəsmi təyinatdan əvvəl səfir H.Salber iyunun 17-18-də baş tutacaq növbəti Cenevrə müzakirələrində AB tərəfindən sədrlik edəcək.

 

Almaniya Xarici İşlər Nazirliyində yüksək vəzifələrdə işləyən diplomat Belqrad, Vyana və Moskvada çalışıb, eləcə də Qazaxıstanda ATƏT ofisin rəhbəri və ATƏT-in  münaqişələrin qarşısını alınması mərkəzində fəaliyyət göstərib.

 

K.Eşton bildirib ki, səfir Herbert Salverin geniş bilik və təcrübəsi AB fəaliyyəti üçün çox mühümdür.

 

Qeyd edək ki, indiyədək AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filipp Lefortun səlahiyyət müddəti bu ilin yanvar ayında başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR