Bakı. Zümrüd Paşayeva – APA. Avropa İttifaqı Suriyaya təyyarə yanacağı ixracının dayandırılmasına qərar verib.
APA-nın “Russia Today”a istinadən verdiyi xəbərə görə, qərarın qəbuluna səbəb kimi yanacağın Suriya hərbi hava qüvvələrinin mülki əhaliyə qarşı hücumlar zamanı istifadə edildiyi göstərilib.
Bu qadağa bazar günündən etibarən qüvvəyə minəcək.