Bank Of Baku

Avropa İttifaqı "Ebola" ilə mübarizəyə 24,4 milyon avro ayırıb

Avropa İttifaqı "Ebola" ilə mübarizəyə 24,4 milyon avro ayırıb
# 24 oktyabr 2014 11:33 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropa İttifaqı "Ebola" virusu ilə mübarizəyə 24.4 milyon avro ayırıb. APA-nın Avropa İttifaqının rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının sədri Joze Manuel Barrozu deyib. O bildirib ki, vəsait səhiyyə işçilərinin qorunmasına, virusa qarşı peyvənd hazırlamaü üçün aparılacaq tədqiqatlara və virusa yoluxmuş xəstələrin müalicəsinə  sərf olunacaq.

Qeyd edək ki, Avropa İttifaqı ""Ebola" virusuna qarşı mübarizənin səmərəliliyini təmin etmək və epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə Avropa üzrə xüsusi əlaqələndirici təyin edib. Yeni təyin olunan koordinator Kristos Stilianides noyabrın 1-dən rəsmi fəaliyyətə başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR