Bank Of Baku

Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırıb

Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro ayırıb
# 27 yanvar 2015 14:24 (UTC +04:00)

Bakı – APA. Avropa İttifaqı Ukraynaya 1,8 milyard avro həcmində kredit ayırmaq qərarına gəlib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, üzv ölkələrin maliyyə nazirləri mümkün iflasdan xilas olmaq üçün Ukraynaya kömək etmək barədə razılığa gəliblər və gələcəkdə maliyyə yardımının artırılacağını istisna etməyiblər.

 

Böyük Britaniya və bəzi digər ölkələr Ukraynaya 2015-2016-cı illərdə ortamüddətli kredit şəklində 2,6 milyard dollar ayrılmasını təklif ediblər. “Avropa Komissiyası masaya 1,8 milyard avro qoydu. Bəziləri məbləğin daha çox olmasını istəyirdi”, - deyə Fransanın maliyyə naziri Mişel Sapen deyib. O, vəsaitin tezliklə ayrılmasının vacibliyini vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR