Bank Of Baku

Avropa Komissiyasının prezidenti Rusiya prezidentinə məktub yazıb

Avropa Komissiyasının prezidenti Rusiya prezidentinə məktub yazıb
# 01 oktyabr 2014 16:08 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

 

APA - nın “Ukranews”a istinadən verdiyi məlumata görə, J. Barrozu bildirib ki, Rusiyanın Ukraynaya qarşı yeni iqtisadi məhdudiyyətlər barədə bəyanatlar bundan öncə əldə olunmuş üçtərəfli razılaşmaya ziddir.

 

O qeyd edib ki, sazişin müddəalarından biri Avropa İttifaqı ilə Ukrayna arasında azad ticarət zonasının yaradılmasını 2016-cı ilədək təxirə salınmasını nəzərdə tutur: “Biz Rusiya hökumətinin Ukrayna ilə ticarətdə yeni baryerlər yaratmaq qərarından ciddi şəkildə narahat olmuşuq. Hesab edirik ki, bu qərar müştərək razılaşmalarla ziddiyət təşkil edir. Bununla yanaşı, fürsətdən istifadə edərək vurğulamaq istərdim ki, assosasiya haqqında saziş ikitərəfli sənəddir və beynəlxalq hüquqa görə, bu sənəddə hansısa dəyişiklik yalnız bir tərəfin xahişi və digər tərəfin razılığı ilə aparıla bilər”, – deyə məktubda qeyd olunur.

 

Barrozu Rusiyanı üçtərəfli sazişə əməl etməyə və Ukrayna ilə ticarət münasibətlərinə məhdudiyyətlər qoymamağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR