APA-nın Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Avstriya parlamentinin vitse-spikeri Karlhaynts Kopf bu sənədi qanunsuz adlandırıb.
O, bu sazişi Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həllinə təhdid hesab etdiyini bildirib.
“Rusiya prezidenti Qərbə doğru istiqamət alan keçmiş sovet respublikalarındakı sabitliyi pozmağa çalışır. Bununla da Rusiya prezidenti gərginliyi azaltmaq istiqamətində cəhdləri mümkünsüz edir. Rusiya Ukraynanın şərqi, Dnestryanı, Dağlıq Qarabağ və Abxaziyanı bu və digər şəkildə nəzarətdə saxlayır, separatçı qüvvələri dəstəkləyir”, - deyə K. Kopf qeyd edib.
O, Rusiyanı Qərbə doğru istiqamət alan Gürcüstan, Moldova, Ukrayna və Azərbaycana qarşı təzyiqlərdən çəkinməyə çağırıb.