Bank Of Baku

Baş nazir Qaribaşvili sabiq müdafiə naziri Alasaniyanı avantürist, axmaq və xəyanətkar adlandırıb - FOTO

Baş nazir Qaribaşvili sabiq müdafiə naziri Alasaniyanı avantürist, axmaq və xəyanətkar adlandırıb  - <span style="color: red;">FOTO
# 06 noyabr 2014 10:37 (UTC +04:00)

APA-nın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi xəbərə görə, İ. Qaribaşvili hökumətin iclasında istefa verən nazirlər Maya Pancikidze və Aleksi Petriaşvilini xəyanətkar adlandırıb və cəmiyyətə Alasaniya haqda çoxlu sürprizlər vəd edib. “Alasaniyanın əməlləri təbii ki, 2012-ci ildəki qələbəmizə xəyanət və gürcü xalqını növbəti dəfə aldatmaq cəhdidir. O, dəfələrlə belə hərəkətlər edib, cəmiyyətimiz gələcəkdə bunu biləcək və bir çox sürprizlərə şahid olacaq”, - deyə hökumət başçısı söyləyib.

 

İ. Qaribaşvili İ. Alasaniyanı avantürist, axmaq və ambisiyalı şəxs adlandıraraq onun komandasının üzvlərinin addımlarının anti-dövlət xarakterli olduğunu vurğulayıb: “Bunlar təbii ki, ölkəmizə qarşı atılan addımlardır. Biz Alasaniya və bu tip avantüristlərdən qorxmuruq, biz sakitcə bu əngəli aşacağıq. Sevindiricidir ki, xəyanətkarlar bizim komandadan getdilər, bu, həm bizim üçün, həm də ölkə üçün müsbət hadisədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR