Bakı. Aynur Əliyeva - APA-Economics. Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı şurası Gürcüstana 58,1 mln. dollar həcmində kredit tranşının ayrılmasına razılıq verib.
“APA-Economics”in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu, 145,4 mln. dollar həcmində fəaliyyət göstərən üçillik kredit proqramı çərçivəsində Gürcüstana ayrılmış ikinci tranşdır.
BVF-in rəhbərliyinin fikrincə, Gürcüstanın makroiqtisadi göstəriciləri razılaşdırılmış proqrama uyğundur.
Fond ölkənin bu il ÜDM-nin artımını 5% səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, büdcə kəsiri gözlənilən ÜDM-dən 3,7% aşağı, inflyasiya isə proqnozlaşdırılandan 6% az olacaq.
2015-ci ildə büdcə kəsiri ÜDM-nin 3%-a qədər aşağı olacağı proqnozlaşdırılır. Hökumət iqtisadi artımın sürətlənməsi üçün zəruri olan struktur islahatları aparmağa hazırdır.