Bank Of Baku

Britaniya ATƏT-in Ukraynadakı müşahidəçilərinə zirehli avtomobillər verəcək

Britaniya ATƏT-in Ukraynadakı müşahidəçilərinə zirehli avtomobillər verəcək
# 12 yanvar 2015 12:09 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Böyük Britaniya ATƏT-in Ukraynadakı müşahidə missiyasını zirehli avtomobillərlə təmin edəcək. APA-nın ATƏT-in rəsmi saytına istinadən yaydığı məlumata görə, 10 ədəd zirehli avtomobil yanvarın 13-də ATƏT müşahidəçilərinin istifadəsinə veriləcək.

 

Mərasimdə ATƏT-in Ukraynadakı müşahidə missiyasının rəhbəri, səfir Ərtoğrul Apakan və Böyük Britaniyanın Ukraynadakı səfiri Saymon Smit də iştirak edəcəklər.

 

Böyük Britaniyanın missiyaya yardımına 10 (8 ədəd LC200 и 2 ədəd LC105) zirehli avtomobillə yanaşı, kommunikasiya avadanlıqları (10 AV Spares kits, 10 Motorola DM4601 VHF Radio и 10 Codan Envoy X1 HR Radios) da daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR