APA-nın Gürcüstan bürosunun məlumatına görə, artıq onun əmrini Gürcüstanın baş naziri İrakli Qaribaşvili imzalayıb.
David Bakradze 2002-2004-cü illərdə İsveçrədə Gürcüstan səfirliyində və Vatikanda müşavir, həmçinin Cenevrədə beynəlxalq təşkilatlar daimi missiyasında çalışıb.
O, 2006-2008-ci illərdə Gürcüstan Xarici İşlər Nazirliyində Avropa İşləri departament idarəsinin rəisi vəzifəsində işləyib.
2008-2010-cu illərdə Finlandiyada Gürcüstanın səfirliyində müvəqqəti işlər vəkili kimi xidmət edib.
2012-ci ildən bu günə qədər Gürcüstanın Yunanıstan və Serbiyada səfir əvəzi vəzifəsində çalışıb.
2014-cü ildə David Bakradzeyə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.
Ingilis və rus dillərini bilir. Evlidir, üç övladı var.
Qeyd edək ki, David Bakradzedən əvvəl Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri vəzifəsində Aleksi Petriaşvili işləyib.