Bank Of Baku

Davosda Con Kerri və Məhəmməd Zərif arasında görüş olub

Davosda Con Kerri və  Məhəmməd Zərif arasında görüş olub
# 24 yanvar 2015 04:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə “Röyters” ABŞ Dövlət Departamentindəki mənbəsinə istinadən xəbər verir.

 

Məlumata görə, görüş bir saatadək davam edib. Danışıqlar mövzusunun İran nüvə proqramının olduğu bildirilir. Hər-hansı bir razılaşmanın əldə olunması barədə məlumat verilmir.

 

Qeyd edək ki, bundan əvvəl Məhəmməd Zərif  forum çərçivəsində çıxışı zamanı bildirmişdi ki, ABŞ Konqresi tərəfindən İrana qarşı yeni sanksiyaların tətbiqi  Cenevrədə Tehran və “altılıq” arasında əldə edilmiş razılaşmanı poza bilər.  Konqresin İrana qarşı yeni sanksiyalar tətbiq etmək ideyasını prezident Barak Obama və ABŞ-ın  BMT-dəki daimi nümayəndəsi Samanta Pauer də pisləyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR