Bank Of Baku

DİN: Rəsmi Kiyev tərəfdə döyüşən Gürcüstan vətəndaşları məsuliyyətə cəlb olunmayacaqlar

DİN: Rəsmi Kiyev tərəfdə döyüşən Gürcüstan vətəndaşları məsuliyyətə cəlb olunmayacaqlar
# 31 yanvar 2015 11:43 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Levan İzoriya deyib.

 

Gürcüstan parlamenti xaricdə silahlı qruplaşmalarda iştirakla görə cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik etməyi planlaşdırır: “Bu dəyişikliklər heç bir halda rəsmi Ukrayna hakimiyyəti tərəfindən aparılan döyüş əməliyyatlarında iştirak edən Gürcüstan vətəndaşlarına şamil edilməyəcək”, - deyə L. İzoriya bildirib.

 

Nazir müavinin sözlərinə görə, yalnız qanunsuz silahlı qruplaşmaların tərkibində döyüşən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcəklər.

 

Qeyd edək ki, bəzi məlumatlara görə, hazırda 100-dən çox gürcü Ukrayna tərəfində döyüşür. Separatçıların tərkibində gürcülərin döyüşməsi barədə isə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR